Prezident İlham Əliyev iyulun 18-də Konstitusiya Məhkəməsinə Azərbaycan Konstitusiyasına onun onsuz da geniş olan səlahiyyətlərinin daha da genişləndirilməsini nəzərdə tutan dəyişikliklər edilməsi haqqında referendum aktı layihəsi göndərib.
Düzəlişlər aşağıdakıları nəzərdə tutur:
1.Azərbaycan Respublikasının birinci vitse-prezidenti və vitse-prezidentləri institutunun təsis edilməsi. Onlar heç kimlə razılaşdırmadan, ölkə prezidentinin özü tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. Bundan sonra prezident dövlət başçısı səlahiyyətlərini icra etmək iqtidarında olmasa, onun səlahiyyətləri birinci vitse-prezidentə keçir. Konstitusiyanın hazırki redaksiyasında prezident səlahiyyətləri baş nazirə keçir.
2.Prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qədər artırılması. Prezidentə növbədənkənar dövlət başçısı seçkilərini elan etmək səlahiyyəti verilir.
3.Prezidentliyə namizədlər üçün hazırda 35 yaş olan minimum yaş senzi ləğv olunur.
4.Parlamentin prezident tərəfindən buraxılması imkanı nəzərdə tutan düzəliş təklif olunur. Layihəyə əsasən, parlament aşağıdakı hallarda buraxıla bilər: Milli Məclisinin eyni çağırışı bir il ərzində iki dəfə Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə, yaxud Konstitusiya Məhkəməsinin, Ali Məhkəməsinin və Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyə namizədlərini iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təsdiqləmədikdə buraxıla bilər və s.
5.Parlamentin deputatı seçilmək üçün 25 yaş senzi ləğv olunur və 18 yaşdan etibarən namizəd olmaq hüququ verilir.
Dəyişikliklər 29 maddədən ibarətdir, insan hüquqları, mülkiyyət hüquqları, məlumatın qorunması və s. aid məsələləri də nəzərdə tutur.
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, birincisi, təşəbbüs irəli sürülərkən adətən olduğu kimi ictimai rəy yoxlanılmayıb. İkincisi, 2016-cı ili islahatlar ili elan edən hökumətin iclasından dərhal sonra təqdim edilib. Üçüncüsü, bu, islahatlar və demokratiyanın inkişafını tələb edən ABŞ və müttəfiqlərin ardıcıl təzyiqi kontekstində edilib. Dördüncüsü, qərar iqtisadi böhranın dərinləşdiyi bir şəraitdə qəbul edilib.
Düzəlişlər işıq üzü gördükdən sonra iki versiya içtimayı müzakirələrdə yer alıb – neo-monarxiya və demokratiya.
Neo-monarxiya. Bu versiyanın əksəriyyət təşkil edən tərəfdarları hakimiyyətin həyat yoldaşına və daha sonra oğluna ötürülməsinə, demokratik inkişaf yolundan tamamilə ayrılmağa hazırlaşan “ailə” tərəfindən hakimiyyətin qəsb edilməsindən danışırlar. Bu versiya İlham Əliyevin 2003-cü ilin oktyabrında prezident seçildiyi andan etibarən dövlət başçısı kimi yuksəlməsində öz təstiqini tapır. Bütün bu illər ərzində cəmiyyət prezidentin şəxsi hakimiyyətinin möhkəmləndirilməsi və onun oliqarx nazirlərdən ibarət komandasının zəiflədilməsi istiqamətində sabit və ardıcıl hərəkət müşahidə edib. Bu, 2005-ci ildə nazirlərə qarşı sui-qəsdin uğursuzluğundan, 2008-ci ilin alternativsiz prezident seçkilərindən və bunun ardınca gələn iki dəfə seçilmək məhdudiyyətini aradan qaldıran və hakimiyyət iyerarxiyasında parlament spikerinin yerinə baş naziri ikinci yerə keçirən referendumdan sonra özünü daha aydın şəkildə biruzə verib. Bu dövrdə həm də böyük maliyyə resurslarının və maddi resursların “ailənin” əlində cəmləşməsi və oliqarx məmurların ailə layihələrinin menecerlərinə çevrilməsi qeydə alınır. İlham Əliyevin 13 illik idarəetməsi iqtisadi və siyasi azadlıqların məhvinə də gətirib çıxarıb ki, bu da kiçik və orta sinfin və vətəndaş cəmiyyəti institutlarının məhvinə səbəb olub.
Demokratik. Tək-tük insanlar hesab edirlər ki, təşəbbüs ölkənin sistemli böhrandan çıxarılması üçün qaçılmaz zərurət kimi islahatların sürətlə həyata keçirilməsinə yönəlib. Prinsipcə, yuxarıda göstərilən Əliyevin şəxsi hakimiyyətini gücləndirilməsi ilə bağlı nümunələr bir mühüm rol oynayıb – onun xəstəlikdən zəifləmiş Heydər Əliyevin ömrünün son illərində formalaşaraq ciddi maliyyə-siyasi qüvvə əldə etmiş kifayət qədər
Hazırki mafiya sisteminin demokratik sistemə keçməsini nəzərdə tutan belə geniş miqyaslı islahatların həyata keçirilməsi üçün təkcə onların həyata keçirən siyasi iradəsi deyil, həm də kadrların dəyişdirilməsindən, inhisarların dağıdılmasından şəffaf rəqabətli mühitin yaradılmasına qədər operativ və qətiyyətli addımların atılması tələb olunacaq. 2009-cu ildə dövlət sistemində islahatlar müəyyən dərəcədə prezidentin qərar qəbul etməsi operativliyini artırdı və fors-major hallarında hakimiyyətin prezidentdən baş nazirə daha elastik şəkildə keçməsini təmin etdi. Amma bu addımlar yalnız sistemin sabitliyini gücləndirdi, islahatlar üçün şərait yaratmadı. Keçid dövrünün hazırki mərhələsi idarəetmə və davamlılıqda daha çox operativlik tələb edir. Prezidentin istənilən zaman heç kimlə razılaşdırmadan təyin edə və vəzifədən uzaqlaşdıra biləcəyi vitse-prezidentlər vəzifəsinin tətbiq edilməsi hər-hansı müdaxilə durumunda onun şəxsi təhlükəsizliyini və bütün sistemin təhlükəsizliyini təmin etmək imkanı verir. Digər tərəfdən, bu, operativ idarəetməni koordinatlar sistemində cəmləşdirmək imkanı verəcək: prezident və hər biri müəyyən islahatlar istiqamətlərinə və sahələrə nəzarət edən vitse-prezidentlər.
Hakimiyyət müddətinin 7 ilə qədər artırılması Əliyevə növbəti dəfə müddətsiz seçilməsi qaydalarının mövcud olduğu hazırkı şəraitdən daha legitim bir şəraitdə yenidən seçilmək imkanı verir. Bununla Əliyev bir tərəfdən son vaxtlar hakimiyyət kuluarlarında daha sıx səslənən “Növbəti kim olacaq?” sualına son qoyacaq. İkincisi isə, özü üçün islahatların ən azından 2020 və 2025-ci illərə qədər həyata keçirilməli olan ilk iki mərhələsini həyata keçirmək üçün imkan yaradır.
Prezident seçilmək hüququ əldə etmək üçün 35 yaş olan minimum yaş senzinin ləğvi yaxşı təhsil almış və müasir tələblərə cavab verən yeni texnokratlar və siyasətçilər nəslinin komandaya gətirilməsi ilə bağlı ola bilər. Bəzi məlumatlara görə, idarəetmə sisteminin və məmur aparatının araşdırılması üçün dəvət olunmuş ekspertlər qrupu belə bir nəticəyə gəlib ki, Əliyevin hazırki ortodoksal komandası ilə Azərbaycanda Sinqapur qurmaq mümkün olmayacaq. Ekspertlər müasir düşünən gənc mütəxəssislər cəlb etməklə ciddi kadr islahatları həyata keçirməyi tövsiyə ediblər. Bu kadr yanaşması parlamentə də aiddir. Prezidentə parlamenti buraxmaq səlahiyyətinin verilməsinə gəlincə, bu, birincisi qanunları təsdiq etmək öhdəliyini yerinə yetirən parlamentin daha çox asılılığı və itaətkarlığı, ikincisi isə, parlamentdə zamanın tələblərinə uyğun olaraq kadr dəyişiklikləri aparılması, hətta hansısa mərhələdə onun tərkibinə müxalifətin daxil edilməsi deməkdir.
Əliyevin təşəbbüsü islahatlarda israr edən ABŞ və Aİ-nin ciddi təzyiqinə məruz qaldığı, siyasi məhbusların azad edilməsindən, islahatlar proqramı hazırlamasından və s. göründüyü kimi, indiyədək görünməmiş güzəştlərə getdiyi bir zaman kəsiyində irəli sürməsi faktı da demokratiya versiyasına dəlalət edir. Referendum məsələsini Qərbli tərəfdaşları ilə razılaşdırmadan Əliyev çətin referendum mövzusu ilə qarşıdurmaya gedərdi. Əks halda cavab kimi konqresmen Smitin Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar haqqında təşəbbüsü işə salınması idi, hələ Maqnitski qanununu və ABŞ tərəfindən avtoritarizmə digər təzyiq vasitələrini demirik.
Çox güman ki, Əliyev atasının qurduğu, daha sonra özünün gücləndirdiyi sistemdə islahatlar aparmaq missiyasını öz üzərinə götürüb. “Dağıtmağın qurmaq olmadığını” desələr də, hazırki siyasi sistemin konstruksiyasındakı bütün arxitektura həllərini bilən biri kimi onun sistemi operativ və səmərəli şəkildə sökməsi daha asan olacaq.
Turan Analitika Xidməti