Rusiya Hava Kosmik Qüvvələri iyunun 16-da Suriyanın cənub-şərqində yerləşən, ABŞ və Böyük Britaniya tərəfindən də istifadə edilən Ət Tanaf bazasına aviazərbələr endirib. Pentaqon bunu Ağ Evə təzyiq kimi qiymətləndirib.
Bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.
Böyük Britaniya məsələ ilə bağlı heç bir şərh verməyib.
Qeyd edilir ki, həmin vaxtı aviabazada olan 20-yə yaxın britaniyalı hərbçi aviazərbələrə 24 saat qalmış oranı tərk ediblər.
Rusiyanın Vaqintondakı səfirliyinin mətbuat katibi Yuri Melnik isə insident barədə sualların Rusiya Müdafiə Nazirliyinə yönləndirilməli olduğunu bildirib. Hələ ki Rusiya Müdafiə Nazirliyindən “The Wall Street Journal”ın sorğusuna cavab verilməyib. Qəzet qeyd edir ki, olaydan sonra ABŞ tərəfi Moskvaya apardığı əməliyyatlar barədə daha müfəssəl məlumat təqdim edib. Gərginləşmədən ehtiyat edən Dövlət Departamenti və Ağ Ev kompromisə getmək qərarına gəliblər. (APA)