Baş redaktor bu dəqiqələrdə “Bandotdel”dən çıxıb. O, “Azadlıq”a açıqlamasında “Bandotdel”ə hazırda həbsdə olan jurnalist Fikrət Fərəməz oğlunun işi ilə bağlı çağırıldığını bildirib. İdarədə ondan hansı səbəbdən Fikrət Fərəməzoğlunun ailəsinin açıqlamalarını yaydığı soruşulub. Baş redaktor isə Fikrət Fərəməzoğlu ilə hər hansı əlaqəsinin olmadığını bildirib.
***
Arqument.az saytının baş redaktoru Şəmşad Ağa Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) çağırılıb. Bu barədə Şəmşad Ağanın özü məlumat yayıb. Baş redaktor qeyd edib ki, BMCMİ-in müstəntiqi Hacı Əfəndiyev zəng edərək onu saat 15:00-da idarəyə çağırıb. Lakin nəyə görə çağırıldığını deməyib.