Ləğvetmə prosesində bankların əmlakları online satışa çıxarılacaq. Bankların varidatları, torpaqları, əmlakları, kompüterləri satışa çıxarılacaq.
Bu barədə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bu gün keçirilən mətbuat konfransında məlumat verib.
O, qeyd edib ki, burada ancaq Əmanətlərin Sığortalanması Fondunun ləğvedici olduğu bankların əmlakları “Emlakadif.az” saytında onlayn hərraca çıxarılacaq. (Report)