Dünyada sonuncu videokasset istehsalçısı olan Yaponiyanın “Funai Corporation” şirkəti istehsalı dayandırmaq barədə qərar verib .
KİV-ə istinadən xəbər verir ki, istehsal prosesi iyulun sonlarında durdurulacaq.
Şirkətin rəhbəri bu addımı videokasset istehsalı zamanı komplekt hissələrin tapılmasında yaranmış çətinliklə əlaqələndirmişdi.
2015-ci ildə dünyada cəmi 750 min videokasset satılıb. 1950-ci illərin inqilabi texnologiyası bu gün istifadə olunmur.
(modern.az)