NATO tərkibində qalıb-qalmaması məsələsi gündəmdə deyil”.
Bunu Reuters agentliyinə müsahibəsində NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib.
“Türkiyə qüdrətli orduya, peşəkar silahlı qüvvələrə malikdir. Əminəm ki, Türkiyə NATO-nun sadiq və güclü tərəfdaşı olmaqda davam edəcək. Eyni zamanda güman edirəm ki, rəsmi Ankaranın çevrilişlə bağlı atdığı addımlar mütənasib və NATO dəyərlərinə cavab verəcək”,- deyə Y.Stoltenberq vurğulayıb.
Onun sözlərinə görə, Türkiyənin Alyans tərkibində qalıb-qalmaması məsələsi gündəmdə deyil: “Türkiyə NATO-nun tərəfdaşı olmaqda davam edir. Bu çox vacibdir. Çünki bu ölkə İraq və Suriya kimi “qaynar nöqtələrin” sərhədində yerləşir”,-deyə baş katib əlavə edib.