Bəzən biz inanılması çox çətin və heyrətamiz hadisələrə şahidlik edirik. Sanki bu hadisələr hansısa fövqəlbəşər qüvvə tərəfindən xüsusi olaraq dizayn edilir.
Sizə dünyanın ən bəxtli insanlarını təqdim edirik.
Lena Polson
Lena Polson 16 il əvvəl itirdiyi nişan üzüyünü bağda məhsul yığımı zamanı tapıb. Yerkökü üzüyün içində böyüdüyü üçün üzük də tərəvəzlə birlikdə səthə çıxıb.
Stiv Fleyq
Stiv anasız böyümüş və illərlə öz anasını axtarmışdır. Bir gün məlum oldu ki, bu vaxta qədər o, anasını səhv soyad ilə axtarıb. Düzgün soyadı öyrəndikdən sonra isə təsadüf nəticəsində Stiv anasını tapa bilib.
Stiv böyük marketlər şəbəkəsində işə başlayıb və öz müdirinə anası ilə bağlı axtarışlarından danışıb. Bu zaman anasının soyadı müdirə tanış gəlib və söhbət əsnasında məlum olub ki, Stivin anası marketlər şəbəkəsinin başqa bir şöbəsində işləyir.
Vircinia Fayk
Vircinia öz lotereya biletləri üçün həmişə eyni rəqəmlərin kombinasiyasından ibarət nömrələr seçib. Birinci lotereya üçün o, valideynlərinin evləndiyi ilin rəqəmlərini, ikinci lotereya üçün isə evləndikləri il onların yaşlarından ibarət rəqəmləri seçib.
Vircinia 2012-ci ildə eyni üsuldan istifadə edərək 2 bilet alıb və təsadüfən hər bilet ona 1 milyon dollar uduş qazandırıb.
Tsutomu Yamaquçi
Tsutomu Yamaquçi yeganə şəxsdir ki, Yaponiyada baş verən hər iki nüvə partlayışından sağ çıxmağı bacarıb. O, ilk nüvə hücumu zamanı Hiroşimada biznes səyahətində idi. Hadisə baş verən zaman o, partlayışdan cəmi 3 kilometr uzaqlıqda olub. Ciddi yanıq xəsarətləri alsa da, hadisədən salamat çıxa bilib. 3 gün sonra isə o, ikinci partlayışın baş verdiyi Naqasaki şəhərinə, öz iş yerinə qayıdıb.
Herison Odceqba Okin
Herison Odceqba Okin gəmidə aşbaz işləyib. Gəmi batmağa başlayanda o, hamamda olub və vaxtında gəmini tərk etməyi bacarmayıb. Xoşbəxtlikdən o, hava yastığının formalaşdırıldığı mühərrik otağına özünü çatdıra bilib. Xilasedicilər yanlız 3 gün sonra onu tapmağa müvəffəq olub. Gəmi heyətinin 12 üzvü arasında yeganə sağ qalan Herison olub.
Coan Qinter
Bu satıcı qadın Coan Qinterə 5.4 milyon dollarlıq lotereya bileti satıb. Coan bundan 10 il sonra 2 milyon, 3 il sonra isə daha 3 milyon dollar lotereyadan uduş götürüb. Və nəhayət, 2008-ci ildə o, 10 milyon dollarlıq cekpotu udmağa müvəffəq olub.
Culian Kopke
Culian Kopke 1971-ci ildə Amazon çayı üzərindəki təyyarə qəzasından sağ çıxmağı bacarıb. 17 yaşlı qız qəza zamanı çoxlu çapıq və kəsik yaraları almışdı. Hadisədən sonra o, bir neçə gün cəngəllikdə vəşhi heyvanlarla birgə yaşamağa məcbur olub. Ta ki, yerli əhali onu tapıb xilas edənədək. Culian qəzadan yeganə sağ çıxan şəxs olub.
Martin De Yonq
Professional velosiped idmançısı Martin De Yonq Malayziya Hava Yollarına gediş-dönüş üçün 2 bilet sifariş etmişdi. Son anda o səfərini təxirə salmaq məcburiyyətində qaldı. Onun uçacağı təyyarələrdən biri Hind okeanında yoxa çıxdı, digəri isə 2014-cü ilin yayında partladıldı.
Reşma Beqam
Reşma Beqam 18 mərtəbəli “Rana Plaza”da yerləşən dərzi fabrikində işləyib. Baş verən güclü partlayışdan sonra o, binanın xarabalıqları altında qalmışdı. Xilasedicilər onu binanın qalıqları arasında salamat tapmağa nail oldu. O, azca su və ərzaq taparaq 17 gün buna tab gətirib.
Freyn Selak
Freyn Selak xorvatiyalı teatr musiqiçisidir. İlk dəfə o, sərnişini olduğu qatar gölə düşən zaman ölümdən dönüb. Sonralar isə o, 19 nəfərin faciəvi şəkildə öldüyü təyyarə qəzasından və bir neçə avtomobil qəzasından sağ çıxmağı bacarıb. Yaxınlarda isə lotereyadan 1 milyon dollar pul udub.
Mənbə: Bright Side
Tərcümə: İlkin