Azərbaycan banklarının kredit qoyuluşları son 18 ayın ən aşağı səviyyəsinə düşüb.
“Marja” Mərkəzi Banka istinadən xəbər verir ki, 01 İyun 2016-cı il tarixinə kredit qoyuluşları 17 milyard 648,3 milyon manat təşkil edib. Bu May ayının əvvəli ilə müqayisədə 561,5 milyon manat və ya 3,1% azdır.
Yanvar ayının 1-də bankların kredit qoyuluşları 21 milyard 164,5 milyon manat idi. Beləliklə ötən 5 ayda kredit qoyuluşları 3 milyard 516 milyon manat və ya 16,6% azalıb.
Qeyd edək ki, sonuncu dəfə Azərbaycan banklarının kredit qoyuluşları 17 milyard dollar səviyyələrində 2014-cü ilin sonlarında olmuşdur. 01 Dekabr 2014-cü il tarixində bankların kredit qoyuluşları 17 milyard 626.7 milyon manat təşkil etmişdi. Üstəlik kredit qoyuluşları 2015-ci ildəki 2 devalvasiya zamanı “şişmişdi”. Dollarda olan kreditlər yeni məzənə ilə qimətləndirildiyindən artım yaranmışdı. Əgər devalvasiyalar nəticəsində baş vermiş artımlar nəzərə alınmasa kredit qoyuluşları 13 milyard səviyyələrində olar.
PROBLEMLİ KREDİTLƏR 1,5 MİLYON MANATA ÇATIB
Kredit portfelinin azalması problemli kreditlərin həcmini azaltmayıb. May ayında banklardakı problemli kreditlərin həcmi 132,9 milyon manat artaraq iyunun 1-ə olan tarixə 1 milyard 514 milyon manata çatıb ki, bu da indiyədək qeydə alınan ən yüksək göstəricidir. İndiyədək problemli kreditlərin ən yüksək həddi 2015-ci ilin nəticələrinə görə qeydə alınmışdı – 1 milyard 508 milyon manat.
Problemli kreditlərin ümumi kredit portfelindəki payı da kəskin artıb. Belə ki, hazırda kredit portfelində problemli kreditlərin xüsusi çəkisi 8,3% olub. Halbuki bir ay əvvəl bu göstərici 7,4% idi.
Kredit qoyuluşları
Tarix | mln. AZN |
01.06.2016 | 17648,3 |
01.05.2016 | 18209,8 |
01.04.2016 | 19091,5 |
01.03.2016 | 19731,9 |
01.02.2016 | 20603,9 |
01.01.2016 | 21164,5 |
01.12.2015 | 18178,3 |
01.11.2015 | 18000.4 |
01.10.2015 | 18527.5 |
01.09.2015 | 19509.8 |
01.08.2015 | 19601.5 |
01.07.2015 | 19697.9 |
01.06.2015 | 19877.6 |
01.05.2015 | 20004.8 |
01.04.2015 | 20072.8 |
01.03.2015 | 20137.7 |
01.02.2015 | 18020.3 |
01.01.2015 | 18017.4 |
01.12.2014 | 17626.7 |
01.11.2014 | 17316.3 |
01.10.2014 | 17129.5 |
01.09.2014 | 16806.8 |
01.08.2014 | 16537.9 |
01.07.2014 | 16285.0 |
01.06.2014 | 16125.5 |
01.05.2014 | 15775.6 |
01.04.2014 | 15427.0 |
01.03.2014 | 15153.7 |
01.02.2014 | 15022.1 |
01.01.2014 | 14989.8 |