30.06.2016-cı il tarixinə Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 4 milyard 283,9 milyon dollar təşkil edib.
Bu, May ayının sonu ilə müqayisədə 0,4 milyon dollar azdır. 31.05.2016-cı il tarixində Mərkəzi Bank 4 milyard 284,3 milyon dollar valyuta ehtiyatına malik idi.
Qeyd edək ki, Mart-May aylarında valyuta ehtiyatları 258 milyon dollar artmışdı.
2014-cü ilin İyul ayının sonunda Mərkəzi Bankın 15 milyard 193.4 milyon dollar valyuta ehtiyatı var idi. Ötən dövrdə ehtiyatların 10 milyard 909,5 milyon dolları “əriyib”.
Valyuta ehtiyatları
Tarix | mln. ABŞ dolları |
30.06.2016 | 4283,9 |
31.05.2016 | 4284,3 |
29.04.2016 | 4120,6 |
31.03.2016 | 4065.8 |
29.02.2016 | 4026.3 |
29.01.2016 | 4398,5 |
30.12.2015 | 5016,7 |
30.11.2015 | 6245.6 |
30.10.2015 | 6834.6 |
30.09.2015 | 7014.7 |
31.08.2015 | 7315.4 |
31.07.2015 | 8501.5 |
30.06.2015 | 8520.2 |
29.05.2015 | 8430.8 |
30.04.2015 | 8387.9 |
31.03.2015 | 9472.1 |
28.02.2015 | 11004.4 |
31.01.2015 | 12680.8 |
31.12.2014 | 13758.3 |
30.11.2014 | 14996.3 |
31.10.2014 | 15033.6 |
30.09.2014 | 15042.4 |
31.08.2014 | 15190.9 |
31.07.2014 | 15193.4 |
İyun ayında pul bazası isə artıb. Pul bazası 47,8 milyon manat artaraq 30.06.2016-cı il tarixinə 7 milyard 689,4 milyon manat təşkil edib.
Pul bazası dedikdə pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.
Pul bazası
Tarix | mln. AZN |
30.06.2016 | 7689,4 |
31.05.2016 | 7641,6 |
29.04.2016 | 6726,1 |
31.03.2016 | 6535.8 |
29.02.2016 | 6388.5 |
29.01.2016 | 5787,4 |
30.12.2015 | 6901,8 |
30.11.2015 | 6730.6 |
30.10.2015 | 7055.9 |
30.09.2015 | 7050.4 |
31.08.2015 | 6352.1 |
31.07.2015 | 7467.5 |
30.06.2015 | 7487.0 |
29.05.2015 | 7597.3 |
30.04.2015 | 7418.6 |
31.03.2015 | 8339.4 |
28.02.2015 | 9109.9 |
31.01.2015 | 10551.0 |
(marja)