2016-cı ilin iyun ayında daşınmaz əmlakın icbari sığortası üzrə 11 639 sığorta müqaviləsi bağlanılmışdır.
İcbari Sığorta Bürosunun yaydığı məlumata görə, daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği isə 4,2 milyon manat təşkil etmişdir.
Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 79,8%-i yaşayış evləri və mənzillər, 0,4% -i inzibati binalar, 19,8%-i isə digər daşınmaz əmlakla bağlı olmuşdur.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 14%, sığorta haqlarının məbləğində isə 17% faiz azalma müşahidə edilmişdir.
İyun ayında daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 310, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 28 sığorta müqaviləsi bağlanılmışdır. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə daxil olan sığorta haqları 22 680 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə daxil olan sığorta haqları isə 7 194 manat təşkil etmişdir.