Rusiyanın İrkutsk regionunda 10 nəfərin olduğu təyyarə itkin düşüb.
Ilyushin Il-76 sonuncu dəfə hava nəqliyyatı nəzarətçiləri ilə iyulun 1-də tezdən əlaqə yaratdığı bildirilir.
Təyyarə regionda meşə yanğının söndürülməsinə kömək edirmiş.
Son rabitə zamanı təyyarədə hər hansı nasazlıq barədə məlumat verilməyib.
Fövqəladə Hallar Nazirliyinin rəsmisi “Interfax” agentliyinə deyib ki, təyyarə qatı dumanda uçarkən pilot, ola bilsin, nəzarəti itirib.