ABŞ və Rusiyanın xarici siyasət idarələrinin rəhbərlərinin eyni vaxtda Cənubi Qafqaza səfərlərinin nə əlaqəsi var?
ABŞ-ın dövlət katibi Con Kerri iyulun 6-da Gürcüstana səfər edəcək. Gürcüstanın ABŞ-dakı səfiri Arçil Qeqeşidza bildirib ki, Con Kerri Gürcüstan rəhbərliyi ilə ikitərəfli əməkdaşlığa dair bir sıra məsələləri müzakirə edəcək.
2009-cu ildə ABŞ-la Gürcüstan arasında Strateji tərəfdaşlığa dair Xartiya imzalanıb.ÿHəmin sənəddə təhlükəsizlik, müdafiə,ÿticarət,ÿiqtisadiyyat,ÿmədəniyyət və humanitar sahələrdə əməkdaşlıq nəzərdə tutulub. Hər il ABŞ və Gürcüstanda işçi qrupun plenar sessiyası keçirilir.ÿNövbəti iclas iyulun 6-da Tbilisidə Con Kerri və Gürcüstanın baş naziri Georgi Kvirkaşvilinin iştirakı ilə keçiriləcək.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov da gələn həftə Azərbaycana səfərə gəlir. Bu barədə onun azərbaycanlı həmkarı Elmar Məmmədyarov məlumat verib. O bildirib ki, Lavrov iyulun 4-də Yerevana səfər edəndən sonra Bakıya gələcək: “Çox güman, bundan sonra prezidentlərin görüşü təşkil ediləcək”.
Maraqlıdır, ABŞ və Rusiyanın xarici siyasət idarələrinin rəhbərlərinin eyni vaxtda Cənubi Qafqaza səfərlərinin bir-birilə əlaqəsi varmı? Bu səfərlər regiondakı vəziyyətə təsir göstərəcəkmi?
Politoloq Hikmət Hacızadə sözügedən səfərlərin əlaqəli olduğunu düşünür və səfərlər çərçivəsində Qarabağ problemi də daxil olmaqla, bir sıra məsələlərin müzakirəsini mümkün sayır. Con Kerrinin Tbilisi səfərində mövcud problemlərə daha geniş formada toxunulacağını düşünən politoloq Gürcüstanın burda bir sıra siyasi maraqlarının olduğunu vurğulayır: “Gürcüstan NATO-ya, Avropa ailəsinə daxil olmaq istəyir. Ümumiyyətlə, Gürcüstanın bir çox beynəlxalq təşkilatlara üzv olmaq istəyir var. Bütün bunları isə Azərbaycan istəmir. Bizim onlara bağlı əsas problemimiz Qarabağdır və bu yöndə hələlik gözləmə mövqeyindəyik. Həm Kerri, həm də Lavrovun bu məsələni müzakirə edəcəyi ehtimal edilir. Yəni əsasən, bununla bağlı danışıqların olacağı gözlənilir və hər iki səfər də bu istiqamətdə eyni səpkidə olacaq”.
Nigar