Rusiyanın baş naziri Dmitri Medvedev nazirlərə Türkiyəyə qarşı sanksiyaları aradan qaldırmağa dair təkliflərini verməyi tapşırıb.
Medvedev bildirib ki, 2015-ci ilin noyabr ayında Türkiyəyə qarşı tətbiq edilən iqtisadi sanksiyalar bir neçə mərhələdə aradan qaldırılacaq. Onun sözlərinə görə, sanksiyaların aradan qaldırılması Rusiya istehsalçılarına ziyan vurmamalıdır.
azadlıq.info