Iqtisadi böhran və tənəzzül bu sahəyə əhəmiyyətli dərəcədə təsir edib
Xəbər verildiyi kimi, bu ilin yanvar-may ayı ərzində Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşlarının 0,2 milyon manatı maliyyə və sığorta fəaliyyətilə bağlı olub. Ötən ilin eyni dövründə isə bu göstərici 17,8 mln. manat və yaÿ0,3 faiz təşkil edib.
Buÿsahəyə investisiyaların həcmində ötən ilin müvafiq dövrü ilə müqayisədə kəskin azalma müşahidə olunub. Müqayisəli qiymətlərlə əvvəlki ilin müvafiq dövrünə nisbətən, sərmayə qoyuluşunun həcmi 89,7 faiz azalıb.
Görəsən, ölkənin maliyyə, sığorta sektoruna qoyulan investisiyaların bu həddə azalmasına səbəb nədir?
Iqtisadçı-ekspert Nemət Əliyev azalmanın əsasən, iqtisadiyyatdakı böhran və tənəzzüllə bağlı olduğunu söyləyir. Ölkənin iqtisadi cəhətdən çox əlverişsiz bir duruma düşdüyünü deyən ekspert, vəsaitləri yatırmaqda işini ehtiyatlı tutan investorların hazırkı şəraitdə risq etmədiyini deyir:
“Xüsusilə də sığorta sahəsində vəsait yatırmaq çox risqlidir. Həmin sahədə investisiya yatırılmasının aşağı düşməsinin əsas səbəbi bununla bağlıdır. Bir qədər nikbin əhval yaradan yeni gəlişmələr də hazırda müşahidə olunmur. Bu sahədə fəaliyyət göstərən investorlar vəziyyətin bu qədər dramatik həddə gətirilməsində maraqlı deyildilər. Lakin heç bir dəyişikliyi müşahidə etməyəndə, vəziyyətin gün-gündən ağırlaşdığını görərək işlərini ehtiyatlı tutaraq konkret hərəkətə keçiblər”.
Ekspert söyləyir ki, bu sahədə fəaliyyət göstərmək əslində, çox çətindir. Çünki son dönəmdə baş verən olaylar nəticəsində sığorta sahəsində fəaliyyət göstərənlərin gəlirləri də əhəmiyyətli dərəcədə azalıb. Onlar vəsaitlərinin bir hissəsini bankda saxlayırdılar. Həmin vəsait də devalvasiya nəticəsində öz dəyərini xeyli dərəcədə itirib. Nəticədə, sözügedən sektora maliyyə yatırımları əhəmiyyətli dərəcədə azalıb.
Nigar