ABŞ Dövlət katibi Con Kerri ilə NATO-nun baş katibi Jens Stoltenberq Böyük Britaniyanın Avropa Birliyindən çıxmaq qərarından sonra NATO-nun vacibliyinin daha da artdığını deyirlər.
Kerri qeyd edib ki, irəliyə doğru gedən daha güclü NATO gözləyir və ittifaq Avropanın qeyrimüəyyənliyi dövrünə aydınlıq gətirir.
Stoltenberq isə deyib ki, Britaniyadakı referendumun nəticəsi Avropadakı müttəfiqlərin müdafiə və təhlükəsizlik sahəsində korordinasiyası baxımından daha vacib edir.
Brüsseldə keçirilən görüşdə əsasən NATO-nun iyulun 8-9-da Varşavada keçiriləcək sammitinə hazırlıq məsələsi müzakirə olunub.
Kerri Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Federica Mogerini ilə də görüşüb.
Dövlət katibi Böyük Britaniyanın baş naziri David Kameronla da görüşmək üçün Brüsseldən Londona yollanacaq.