Türkiyə prezidenti Recep Tayyip Ərdoğan Rusiya prezidenti Putinə məktub göndərib. Ərdoğan məktubunda Rusiya pilotunun öldürülməsinə görə üzgün olduğunu dilə gətirib və Rusiya ilə münasibətləri bərpa etməyə hazır olduğunu bildirib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məktubda üzrxahliq ifadəsinin olduğunu bildirsə də, Türkiyə mənbələri Ərdoğanın belə bir ifadə işlətmədiyini yazır.
Kremlin saytında yerləşdirilmiş məktubun mətnindən bəlli olur ki, rusiyalı pilotun öldürülməsində adı hallanan şəxs barəsində iş qaldırılıb.
Türkiyə Cumhurbaşkanlığı Sözcüsü Kalın prezident Rəcəb Tayyib Ərdoğanın Rusiya prezidenti Vladimir Putindən üzr istəməsi haqda yayılan xəbərləri təkzib edib. Dövlət rəsmisi açıqlamasında qeyd edib ki, prezident Ərdoğanın Putinə göndərdiyi məktubda “rus hərbi təyyarəsinin düşürülməsindən dərin üzüntü duyduğumu bildirərək, həyatını itirən rus pilotun ailəsinə bir daha acılarını paylaştığımı və başsağlığı təziyəsini çatdırmaq istəyirəm. Qüsura baxmasınlar, deyirəm”.