Bakıda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb. DİN-in saytının verdiyi məlumata görə, iyunun 26-da Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində, azyaşlı Arzu Hacıyeva evlərinin həyətində oynayarkən yelləncəyin ipi boynuna dolandığından boğulub.
Faktla bağlı araşdırma aparılır.