Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Francois Hollande bəyan edib ki, onlar Böyük Britaniyanın Avropa İttifaqını tərk etmək qərarının nəticələrinin öhdəsindən gəlmək üçün “tam razılaşıblar”.
Cənab Hollande xəbərdarlıq edib ki, “ayrılaraq biz ixtilaf və mübahisələr ilə risk” edirik.
İkili “Brexit-dən” sonra diplomatik fəallığın fonunda Berlində danışıqlar aparacaq.
Bazar ertəsi funtun dəyəri düşməyə başlayıb və bazarlar reaksiya verib.
Böyük Britaniya kansleri George Osborne Böyük Britaniyada ticarət əməliyyatlarının başlanmasından əvvəl bazarları sakitləşdirmək üçün bəyanat verəcək.
Digər hadisələr:
- Baş nazir David Cameron bazar ertəsi nazirlər kabinetinin iclasını keçirəcək və Böyük Britaniya parlamenti toplaşacaq
- Cənab Cameronun yerinə namizəd kimi görülən “çıxmaq” kampaniyasına rəhbərlik etmiş Boris Johnson deyib ki, Britaniya Aİ ilə əməkdaşlığın “intensivləşdirilməsini” davam etdirəcək
- Böyük Britaniyada müxalifətdə olan Leyboristlərin lideri Jeremy Corbyn referendum nəticəsinə görə, istefasına çağırışlar fonunda bildirib ki, hər hansı yeni partiyaya rəhbərlik edə bilər
Bazar günü çıxış edən cənab Hollande deyib ki, Böyük Britaniyanın qərarında geri dönüş yoxdur.
“Nə vaxtsa ağlagəlməz olan, indi dönülməz olub”, o qeyd edib.
Kansler Merkel bazar ertəsi Fransa prezidenti Hollande, İtaliyanın baş naziri Matteo Renzi və Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusku qəbul edəcək.
ABŞ Dövlət Katibi John Kerry də danışıqlar üçün də London və Brüsseldə olacaq.
Bazar günü Romada çıxış edən cənab Kerry Böyük Britaniyanın qərarından təəssüfləndiyini bildirib, lakin əlavə edib ki, ABŞ Aİ ilə sıx əlaqələri qoruyub saxlayacaq.
ABŞ prezidenti Barack Obama bəyan edib ki, Britaniyanın qərarına baxmayaraq ABŞ və Böyük Britaniya arasındakı xüsusi münasibətlər davam gətirəcək.
İstirahət günlərində Avropa Komissiyasının Prezidenti Jean-Claude Juncker bildirib ki, Britaniyanın blokdan çıxarılması prosesi “dərhal” başlamalıdır.
Bir sıra Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri də tezliklə bu prosesin başlanması üçün Britaniyaya çağırış edib.
Britaniya baş naziri David Cameron qeyd edib ki, o, oktyabrda istefa verəcək.
Ötən cümə axşamı keçirilmiş referendum nəticəsi Avropa Birliyinin sarsılmasına səbəb oldu, həmçinin Böyük Britaniya daxilində dərin fikir ayrılıqları olduğunu göstərdi.
Ümumilikdə Britaniyada Aİ-ni tərk etmək üçün seçicilərin 52 faizi, qalmaq üçün isə 48 faizi səs verib. Ancaq Şotlandiyada mənzərə fərqli olub, Aİ-də qalmaq üçün seçicilərin 62 faizi səs verib.
Şotlandiyanın birinci naziri Nicola Sturgeon BBC-ə bildirib ki, Şotlandiya parlamenti Böyük Britaniyanın Aİ-dən çıxışı üçün yolu bağlamağa cəhd edə bilər.
O bildirib ki, o və onun həmkarları Şotlandiyanın Aİ-də qalması üçün Brüssel rəsmiləri ilə danışıqlara başlayacaq.
Cümə günü xanım Sturgeon təsdiqləyib ki, Şotlandiyanın ikinci müstəqillik referendumu yenidən gündəmə gəlib.