Papa Francis Avropa Birliyini çağırıb ki, Britaniya AB-dən çıxmağa səs verəndən sonra da birlikdə qalmağın kreativ yollarını tapsınlar.
İyunun 26-da Ermənistandan çıxan Francis jurnalistlərə deyib ki, «bu iri qurumda nəyinsə işləmədiyi» aydındır. O, AB-də yüksək işsizlik səviyyəsini və iqtisadi durğunluğu nəzərdə tutub.
79 yaşlı papanın sözlərinə görə, “Avropa Birliyi öz köklərinə söykənərək gücünü yenidən kəşf etməli, birlik üzvlərinə daha artıq müstəqillik və azadlıq verməlidir”.
Papa onu da sözlərinə əlavə edib ki, Roma Katolik Kilsəsi geylərə göstərdiyi münasibətə görə onlardan üzr istəməlidir. Onun fikrincə, kilsənin gey icmasını ittiham etmək hüququ yoxdur və onlara sayqı göstərməlidir.