En Lepic (Ann LePage) – ABŞ-ın Meyn ştatının respublikaçı qubernatoru Pol Lepicin xanımı – hazırkı işini “ailə əlaqələri”ndən istifadə edərək əldə edib. Ancaq bu işi ona böyük səlahiyyətlərə və əlaqələrə malik əri yox, hüquq məktəbində oxuyan qızı tapıb.
Bu barədə Washington Post nəşri yazıb.
Keçən yay onun qızı Loren Lepic izdihamlı və səs-küylü restoranda işləyərək saata 28 dollar qazanıb. Bu il isə anası qızının izindən gedərək gəlirli turizm sezonundan əlavə pul qazanmaq fikrinə düşüb.
“Əzizim, tək istəyim pul qazanmaqdır”, En Lepic CBS telekanalının müxbirinə deyib. “Ərimə dedim ki, qazandığım pulu yığıb maşın almaq istəyirəm”.
Hansı model maşın? Siyasi elitanın üstünlük verdiyi Mersedes ya da Reync Rover istəmirəm, ancaq Toyota RAV 4 olsa, yaxşı olar.
Əri Pol Lepicin qubernator maaşı bir ilə 70 min dollardır. O, ABŞ-ın bütün 50 ştatının qubernatorları arasında ən az maaş alan şəxsdir. Nəzərə çatdıraq ki, statistikaya görə, Meyn ştatında ailəli cütlüklərin ortalama illik gəliri 87 min dollardır.
Bu ilin əvvəli qubernator təklif edib ki, gələcək qubernatorların maaşı iki dəfə artırılaraq illik 150 min dollara çatdırılsın. Bu, 1987-ci ildən bəri ilk maaş artımı ola bilər.
Bu il 10 mindən çox Meyn sakini restoran və barlarda sezonluq işlərdə işləyir. “Yay ayında Meyn ştatında, özəlliklə də sahildə bu sahə böyük biznesə çevrilir”, Pol Lepic admistrasiya binasında çıxış edərkən deyib.
“Hüquq məktəbində oxuyan qızım keçən yay Bufbey restoranında ofisiant xidmətçi işləyərək saata 28 dollar qazanıb. Bu il də mənim arvadım – ştatın birinci xanımı – ofisiant işləyərək qubernatorun maaşına əlavələr edir. Zarafat edirəm – ancaq əslində dediklərim ciddidir”.
En Lipec bildirib ki, “Ofisiantlıq həmişə etmək istədiyim iş olub”. Keçən reportajlardan birində o demişdi ki, “bütün vaxtımı “birinci xanım öhdəlikləri”ni yerinə yetirməklə keçirirəm”. İkinci gəlir yeri olmayanda bəzən maddi sıxıntılar yaşanır”.
O, hazırda həftədə 3 dəfə işləyir. Ancaq o, müdirindən xahiş edib ki, onun iş növbəsini artırsınlar.“Mən özümü təsdiq etmək istəyirəm. Əlavə çətinliyə qatlaşmaqla hamıya göstərmək istəyirəm ki, mən belə işləri də bacarıram”, En Lepic deyib.
“En əla işçidir. Mən onun böyük heyranıyam. Onunla bir yerdə işləməkdən həzz alıram”, müdiri Ceki Bernikot deyib.
En Lepic bildirib ki, əgər kimsə soruşmasa, o, heç vaxt siyasi kimliyini açmır. Onu ictimai çıxışlar edən, veteranlar üçün pul toplayan yerdə görməyə öyrəşmiş müştərilər bəzən məsələyə şübhə ilə yanaşır, buna inanmaq istəmir. “Bunu öyrənəndə gözlərim bərələ qalmışdı”, respublikaçı müştəri Nina Stodard deyir. Stodardın dostu Lori Qrin isə birinci xanımın bu nümuməsini çox bəyəndiyini bildirib: “Mənim çoxlu var dövlətə, pula malik olan siyasətçilərdən zəhləm gedir. Sadə insanların necə yaşamağı barədə onların heç bir təsəvvürü yoxdur”.
İlkin