İslandiyada televiziya tamaşaçılarının 99,8%-i futbol üzrə Avropa çempionatında İslandiya ilə Avstriya yığmaları arasında oyunu izləyiblər. Oyunda İslandiya yığma komandası qələbə qazanaraq 1/8 mərhələyə adlayıb. Avstriya ilə oyuna 168 min nəfər baxıb. Ölkə əhalisinin ümumi sayı isə cəmi 330 min nəfərdir. Macarıstanla oyuna televiziya tamaşaçılarının 98,9%-i, Portuqaliya ilə oyuna isə 98,4%-i baxıb. Ölkə əhalisinin 8%-i Avropa çempionatını canı izləmək üçün Fransaya gedib.