Bu gün AXCP-nin ilk sədri Əbülfəz Elçibəyin doğum gündür. Əli Kərimli doğum günündə Əbülfəz Elçibəyi belə xatırlayıb:
“Milli Azadlıq Hərəkatının lideri, ölkəmizin xalq tərəfindən seçilmiş ilk və son prezidenti, AXCP-nin ilk sədri Əbülfəz Elçibəyin ad günüdür. Əbülfəz Elçibəy hər zaman haqq və ədalət arayışında, milli maraqlarımız naminə hər cür fədakarlığa hazır olan, xalqına təmənnasız xidmət edən, millətimizə sevdalı böyük bir şəxsiyyət idi. O, böyük ideallarla yaşadı, böyük ideyaların müəllifi oldu, Azərbaycan üçün böyük işlər gördü. Amma bir çox arzuları, planları yarımçıq qaldı. İşləməyə qoymadılar…
Allah Bəyə rəhmət etsin! Allah bu millətə Əbülfəz Elçibəyin arzuladığı Azərbaycanda yaşamağı nəsib etsin!”