Böyük Britaniyada keçirilən referendumun ilkin nəticələri elan ediləndən sonra Şotlandiya və Şimali İrlandiya Britaniyanın tərkibindən çıxmaq istədiklərini bəyan ediblər.
Şotlandiyanın birinci naziri (baş nazir) Nikola Stercet bəyan edib ki, Şotlandiya gələcəyini AB üzvü kimi görür.
“Şotlandiya Avropa Birliyinin üzvü qalmaq üçün səs verib”, – deyə o qeyd edib.
Bir müddət əvvəl Stercet bildirmişdi ki, Brexit Şotlandiyanın müstəqilliyi üçün təkan ola bilər.
Şimali İrlandiya da Brexit-ə qarşı çıxıb. Seçicilərin 440 mini Britaniyanın AB tərkibində qalmasına, 349 mini isə çıxmasına səs verib.
İrlandiya Millətçi Partiyası “Şinn Feyn” bəyan edib ki, Şimalı İrlandiyaya İrlandiya ilə birləşmək üçün referendumun keçirməyə icazə verilməlidir.
azadlıq.info