Türkiyənin Mardin bölgəsində PKK terrorçularının təhlükəsizlik qüvvələrinə hücumu zamanı 2 hərbçi əsgər şəhid olub.
Mardinin Derik rayonu ərazisindəki jandarma postu PKK-çıların hücumuna məruz qalıb. Komandanlıq kömək üçün hadisə yerinə əlavə qüvvə göndərib. Əlavə qüvvələr yaxınlaşarkən pusquda dayanmış terrorçular onlara atəş açıb. Nəticədə 2 hərbçi həlak olub.
Hakkari vilayətinin Çəmənli kəndində isə 4 hərbçi partayıcı qurğunun partaladılması nəticəsində şəhid olub.
Hər iki bölgədə PKK terrorçularına qarşı genişmiqyaslı əməliyyat başlayıb.