Böyük Britaniyanın Avropa Birliyi üzvlüyünə dair referendumun ilk nəticələri, blokdan ayrılmaq tərəfdarlarının azca öndə olduğuna işarə edir. Ən son məlumata görə, Avropa Birliyində qalmağa, seçicilərin 52%-i “Yox”, 42%-i isə “Hə” deyib.
Bununla bağlı olaraq neft 7%-ə yaxın ucuzlaşıb. Bakı vaxtı ilə saat 08:00-a olan məlumata görə, Brent nefti 6,5% ucuzlaşaraq 47,50 dollara, ABŞ xam nefti isə 5% ucuzlaşaraq 46,77 dollara düşüb. Bu Azərbaycan üçün çox pis xəbərdir.
Neft Dolların bahalaşması ilə bağlı olaraq kəskin ucuzlaşıb. Dollar Avro qarşısında 4%-dən çox bahalaşıb. Avro/dollar məzənnəsi 1.0927 səviyyəsinədək düşüb.
Qızıl isə belə vəziyyətlərdə etibarlı investisiya aləti hesab edilir. İnvestorların “etibarlı liman” alışları ilə qızılın unsiyası 6,3% bahalaşaraq 1341 dolları görüb.
CNN International-a görə, 382 seçki məntəqəsinin 326-sının səsləri sayılıb və “Qalmaq” üçün səs verənlərin nisbəti 48.44% və “ayrılmaq” üçün səs verənlərin nisbəti isə 51.56% olub.
(marja)