Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin Gömrük Departamentinin Gəlirlər Xidməti ilə birgə keçirdiyi operativ axtarış-istintaq tədbirləri nəticəsində Azərbaycan vətəndaşı Ramin Nəbiyevin külli miqdarda qızıl məhsullarını qeyri-qanuni olaraq, Gürcüstan ərazisinə keçirməsinin qarşısı alınıb. İstintaq müəyyən edib ki, sərhəddən qaçaqmalçılıq yolu ilə keçirilmək istənən böyük həcmdə qızıl külçələri və yüksək əyarlı zərgərlik məmulatlarının ümumi dəyəri 55 000 gürcü larisi (37 500 manat) təşkil edib. İstintaq Xidməti ittiham olunan şəxsi Gürcüstan-Azərbaycan sərhəd kəsişməsində yaxalayıb. Ramin Nəbiyevi 5 ildən 7 ilədək həbs cəzası gözləyir.