“Avro-2016”nın qrup mərhələsinə yekun vurulub. E qrupunda keçiriləcək iki oyunla bütün 1/8 finalçılar bəlli olub. Keçirdiyi hər iki görüşdə qalib gələn İtaliya millisi İrlandiyanı sınağa çəkib. İrlandiyalılara bu oyunda yalnız qələbə lazım idi. 1-0 hesabı ilə qələbə qazanan İrlandiya Türkiyə yığmasının qarşısını kəsdi.
Qol: Robert Bradi 85, (1-0)
Digər görüşdə isə İsveç və Belçika milliləri üz-üzə gəlib. Belçika 1-0 hesabla qələbə qazanaraq İsveçi qrupda saxlayıb.
Qol: Radja Nainggolan 84, (1-0)