Bu gün “Avro-2016”nın qrup mərhələsinə yekun vurulacaq. F qrupunda üçüncü turun oyunları keçirilə.
Əvvəlki hər iki görüşdə heç-heçə edən İslandiya millisi turnirdə heç də yaxşı çıxış etməyən Avtriya ilə qarşılaşıb. Oyun islandların 2-1 hesablı qələbəsi ilə başa çatıb.
Qol: Bodvarsson, 18 (1:0), Şöpf, 60 (1:1), Traustason 90 (2-1)
Qrupun digər oyununda isə “Avro-2016”nın sürpriz komandalarından olan Macarıstan millisi Portuqaliya ilə üz-üzə gəlib. Oyun 3-3 hesablı bərabərliklə başa çatıb.
Qollar: Gera, 19(1:0), Nani, 42 (1:1), Dzustsak, 47(2:1), Ronaldo, 50 (2:2), Dzustsak, (3:2), Ronaldo, 62 (3:3)
Bu nəticə Macarıstanı qrup lideri, İslandiyanı qrup ikincisi etdi. Avstriya üçün yarış bitdi. Portuqaliya isə böyük ehtimalla qrup üçüncüsü kimi 1/8-ə adlayacaq.