“Avro-2016″da qrup mərhələsinin III turunun oyunları davam edir. Bu gün C qrupunda iki oyun keçirilib.
Qrupun lideri Almaniya Şimali İrlandiya ilə qarşılaşıb. 1/8 finala lider kimi yollanmaq istəyən almanlar bu görüşdən də qalib ayrıldılar. Oyun almanların 1-0 hesablı qələbəsi ilə başa çatdı.
Qol: Mario Qomez, 30 (0:1)
Digər oyunda keçirdiyi hər iki görüşdə meydanı məğlub tərk edən Ukrayna Polşa ilə üz-üzə gəlib. Ukrayna yığması minimal hesabla məğlub olaraq evə yollandı. Polşa isə qrup ikincisi kimi 1/8 finala adladı.
Qol: Blaşikovski, 54 (0:1)
Şimali İrlandiya isə qrup üçüncüsü kimi digər qruplardakı nəticəni gözləməlidir.