İyun ayının 18-də şübhəli kimi həbs edilən 19 yaşlı gənc ABŞ prezidentliyinə namizəd Donald Trampı öldürmək istədiyini etiraf edib. Gənc bildirib ki, polislərin ona atəş açacağından xəbərdar olsa da, bundan öncə Trampa bir neçə dəfə güllə ata biləcəyinə ümid edib.
“BBC”-nin verdiyi məlumata görə, Donald Trampın seçkiqabağı Las-Veqas şəhərində təşkil edilmiş kampaniyasında xoşagəlməz hal yaşanıb.
19 yaşı tamam olmuş britaniyalı Maykl Stiven Sendford məxfi xidmət orqanlarıəməkdaşının silahını ələ keçirməyə çalışıb. Məhkəmədə günahını etiraf edən gənc qətli törətmək üçün Nyu-Cersidən gəldiyini deyib.
Sendfordun dediklərindən onun qətl törətməyi əvvəlcədən planlaşdırdığı aydın olur. Gəncin dediyinə görə, əvvəl heç vaxt odlu silahdan atəş açmayıb.
Las-Veqasa gəlmədən öncə 17 iyunda bir neçə atıcılıq dərslərində iştirak edib.