İxrac 18,2%, idxal isə 42,3% azalıb
2016-cı ilin Yanvar – May ayları ərzində Azərbaycanın ticarət əməliyyatlarının həcmi 6 milyard 381 milyon 408.81 min ABŞ dolları təşkil etmişdir.
“Marja” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, keçən ilin müvafiq dövrünə nisbətən 31.78 % azdır.
İdxal əməliyyatları üzrə 3 milyard 331 milyon 437.56 min ABŞ dolları (Keçən ilin müvafiq dövrünə nisbətən 18.19 % azalmışdır), ixrac əməliyyatları üzrə 3 milyard 49 milyon 971.25 min ABŞ dolları (Keçən ilin müvafiq dövrünə nisbətən 42.26 % azalmışdır) məbləğində dövriyyə qeydə alınıb. Saldo mənfi 281 milyon 466.31 min dollar olub.
İDXAL İXRACDAN ÇOXDUR
Mayda ixrac 600 milyon 159.47 min dollar, idxal 737 milyon 385.403 min dollar, saldo isə mənfi 137 milyon 225.56 min dollar təşkil edib. Apreldə saldo mənfi 99 milyon 95.55 min dollar idi. Mənfi saldonun artması ölkədən valyuta axınının da artdığına işarə edir.