Heydər Əliyev Fondu İlham Əliyevə ultimatum verdi
Ilham Əliyev dünya azərbaycanlılarının ölkəyə investisiya qoymağa çağırdı. Bu məsıələnin təfsilatına varmağa dəyməz, vaxtı iləıHeydər Əliyevin çağırışı ilə Azərbaycana gələn azərbaycanlı iş adamlarının aqibətini xatırlamaq kifayətdir. Önəmli olan məsələlərdən biri də Bakıda dünya azərbaycanlılarının növbəti qurultayının keçirilməsidir.
Hakimiyyət müxtəlif səbəblərdən didərgin düşən azərbaycanlıların hansını şirnikləndirib öz çevrəsinə yığa bilibsə, indi Bakıda onların paradını keçirir. Bakıda dünya azərbaycanlılarının qurultayı keçirilirmiş…Bu cür qurultayları Heydərizmin dünyada paradı halına gətirmək istəyirlər. Amma bu dəfə deyəsən, bu parada bir balaca dilxorçuluq düşüb. Xırda korrupsiyalardan və ideologiyasızlıqdan əziyyət çəkən səfirlər və dövlət diaspora qurumları ilə diaspora təşkilatları arasında əməlli- başlı mərəkə yaranıb. Hakimiyyət uzun illərdən sonra ilk dəfə dünya Heydərçilərinin arasında parçalanma faktı ilə üz-üzə qalıb. Bu Heydərist təşkilatlardan biri- həm də çox gurultulu bir şəkildə “Heydər Əliyev Fondu” adlanan bir təşkilat qurultayın keçirilməsi sahmanına sərt etiraz edib və alternativ qurultay tələb edən diaspor təşkilatlarının sırasına keçib. Qırğızstandakı bu Heydər Əliyev Fondu YAP-ın və hökumətin ən sevimli təşkilatlarından biri idi. İndi bu “ən sevimli” ifadəsinin yerində qalıb- qalmadığını deyə bilmərəm, çünki Fondun yaydığı bəyanatdan qan iyi gəlir. Və bu bəyanat Azərbaycanda hakimiyyətyönlü saytlarda, hətta səhv etmirəmsə, Cavid Qurbanova yaxın olduğu deyilən bir saytla ictimaiyyətin diqqətinə çatdırılıb…..Heydər Əliyevin Fondunun yaydığı bəyanatda dünya azərbaycanlılarının alternativ qurultayının keçirilməsinin vacibliyi qeyd edilir və maraqlıdır ki, qurultayın təşkilat komitəsinin sədrliyinə də İlham Əliyevin namizədliyi irəli sürülür. Məsələnin bu hissəsi ilə ona görə razıyam ki, əgər dünya azərbaycanlılarının qurultayını daha bir dəfə batırmaq lazımdırsa, o zaman onun təşkilat komitəsinin sədri mütləq İlham Əliyev olmalıdır. Mənə belə gəlir ki, alternativ qurultay ideyası onsuz heç bir ideyanın sahibi olmayan hakimiyyətin inzibati zəhminin parçalanıb dağılmasının əlamətlərindən biri hesab edilməlidir. Heydər Əliyev Fondu, – təkrar edirəm, bu, Qırğızstandakı Heydər Əliyev Fondudur və yaydığı bəyanatda iddia edir ki, dünyanın bütün ölkələrində bu Fondun nümayəndəlikləri açılacaq… Fond artıq Moskvada öz nümayəndəliyini yaradıb və Moskva nümayəndəsinin səlahiyyətini təsdiq edən vəsiqəni də, məhz, Leyla Əliyevanın Moskvadakı gəncləri təşkilatı olan AMOR-un ofisində təqdim edib. Bu, rəsmən parçalanma effekti kimi qəbul edilib və buna görə də Qırğızstandakı Heydər Əliyev Fondunun rəhbəri Nüsrət Məmmədov Bakıdakı qurultaya dəvət edilməyib.
Bu xəbər niyə maraqlı görünə bilər? Səbəblərdən biri budur ki, bütün repressiyalara, təhdidlərə baxmayaraq, hökumətin inzibati zabitəsi gedir işinə. Bir başqa səbəb də bundan ibarətdir ki, Heydərizmin dünyaya zəfər yürüşünün təkcə lobbi təşkilatlarının ifşasından sonra deyil, hətta azərbaycanın diaspor təşkilatlarındakı çaxnaşmalarla iflasa uğradığını qeyd etmək istədim…….Nəhayət, bir səbəbi də elə hökumətin özü qabartdı. Ukraynadan anasının dəfmi üçün gələn Yalçın Qəhrəmanoğlunun həbsi ilə hakimiyyətin dünya azərbaycanlılarına münasibəti aydınlaşdı…Ya YAP-laşacaqsınız, ya da, elə, YAP-laşacaqsınız. YAP-laşmaq istəyənlər isə kənara atılsalar da atıldıqları kənarda sakit durana bənzəmirlər…
Azad Akifoğlu