Ukrayna öz istehsalı olan təyyarələrin Səudiyyə Ərəbistanına təchizatıyla bağlı qarşı tərəflə müqavilə imzalayıb. Eyni zamanda, Azərbaycana da təyyarə tədarükü nəzərdə tutulur. Bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko “Antonov” dövlət müəssisəsinin 70 illik yubileyi münasibətilə keçirilən təntənəli mərasimdə məlumat verib.
Onun sözlərinə görə, Ukraynanın Azərbaycanla hökumətlərarası danışıqları nəticəsində Azərbaycanın Ukraynadan “Antonov” təyyarələri alacağına dair razılıq əldə olunub.
Ukrayna prezidenti, həmçinin uzun illər ərzində ilk dəfə ölkəsinin Müdafiə Nazirliyinin “Antonov”a yeni təyyarələr sifariş etdiyini açıqlayıb (report.az).