2016-cı ilin Yanvar-Aprel aylarında SOCAR-ın neft hasilatı 2 milyon 522,7 min ton təşkil edib.
Bu, ötən ilin anoloji dövrü ilə müqayisədə 8,5% azdır.
SOCAR 2015-ci ilin ilk 4 ayında 2 milyon 755,6 min ton xam neft hasil etmişdi.
2016-cı ilin Yanvar-Aprel aylarında Azərbaycanda 13 milyon 977 min ton neft hasil olunub, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,8% azdır. Ötən ilin ilk 4 ayında Azərbaycanda neft hasilatı 14 milyon 232 min ton təşkil etmişdi.
(marja)