ABŞ Mərkəz Bankının (Fed) iyun ayında faiz artırımına getməsinin, Rusiyada kapital çıxışı riski yaradacağı bildirilir.
Rusiya Mərkəzi Bankına bağlı Araşdırma və Proqnoz İdarəsi tərəfindən hazırlanan “Meyllər Nəyə İşarə Edir” adlı hesabata görə, Fed-in iyun ayında faiz artırımına getməsi halında, Rusiyada kapital çıxışı riski baş verəcək.
Hesabata görə, Amerika iqtisadiyyatında toparlanmaya dair siqnallar və Çin daxil bəzi ölkələrdə iqtisadiyyatların daha sabit bir mövqeyə gəlməsi səbəbilə, Fed-in iyun ayı toplantısında faiz artırmaq ehtimalı yenidən gündəmə gəlib.
Fedin faiz artırmaq ehtimalının, Rusiyada yeni kapital çıxışı riski yaratdığının qeyd olunduğu hesabatda, ABŞ-dakı inflyasiya nisbəti və digər müsbət makroiqtisadi göstəricilər səbəbindən Fedin iyun ayında faiz artımına getmək ehtimalının isə “yüksək” olduğu vurğulanıb.
(marja)