Soltanabad kənd sakinləri buna şübhə edir
Mayın 16-da Saatlı rayonunun Soltanabad kənd sakinləri Rübabə Həsənova və Savalan Məmmədovun həyətinə oğru girib. Oğrular R.Həsənovanın 29 baş, S.Məmmədovunsa 39 baş qoyununu aparıblar.
Zərərçəkənlər 102 xidmətinə, Saatlı rayon Polis Şöbəsinə məlumat versə də, hadisədən xeyli vaxt keçməsinə baxmayaraq hələ heç bir ciddi tədbir görülməyib. Bu biganəlik də nəinki Soltanabad, eləcə də qonşu kəndlərin sakinlərində narahatlıq yaradıb, onlar səksəkə içərisindədir. Hüquq mühafizə orqanlarının müəmmalı şəkildə susmağa üstünlük verməsi, oğrunu tapmağa maraq göstərməməsi səbəbindən adamlar özləri mühafizəni gücləndirmək qayğısına qalmalı olur…
Sakinləri narahat edən oğruların professional olmasıdır. Onların sözlərinə görə, oğrular səs-küyün qaşısına almaq üçün qabaqcadan itlərə nəsə verib. Çünki, oğurluq baş verən hər iki həyətdə it olub, ancaq itlər hürməyib. Maraqlıdır ki, oğurluq olandan sonra da itlər hürmür, elə sakinlərin şübhəsinə səbəb də budur…