Şırnak vilayətinin Silopi bölgəsində törədilən partlayış nəticəsində 4 nəfər ölüb, 19 nəfər yaralanıb.
“Anadolu” agentliyi xəbər verir ki, partlayış zirehlipolis maşınının keçidi vaxtı törədilib.
İlkin məlumata görə, hadisə nəticəsində 4 dinc sakin həlak olub, 5-i polis əməkdaşı olmaqla 19 nəfər yaralanıb.
Yaralılar Silopi Dövlət Xəstəxanasına yerləşdirilib. Onlardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.
Terrorçuların axtarışı və zərərsizləşdirilməsi üçün əməliyyata başlanılıb.