Hardadı Sarkisyanın kabinetini nəzarətdə saxlayan “qoçaqlar”? Ermənilərin ultimatumuna cavab verən tapılmayacaq? Görün, ölkəni hansı vəziyyətə salıblar, ermənilər bizə 1 sentyabra qədər vaxt veriblər ki, ordumuzun azad etdiyi 800 hektar ərazini yenidən işğalçıya qaytaraq, yoxsa hərbi yolla alacaqlarmış. 100 nəfərdən artıq şəhidin qanı bahasına möhkəmləndirilmiş, minalanmış müdafiə xəttini ələ keçirmiş ordunun hücum əməliyyatını “ermənilərin xahişi ilə” durdurmuş İlham Əliyev yaranmış duruma görə izahat verməlidir.