Tbilisidə 159 ailə Olimpiya kəndində evlə təmin ediləcək. Bununla bağlı bu gün qaçqınlar üç üzrə nazirin birinci müavini Qriqori Giorqadze birifinq keçirib.
Onun sözlərinə görə, ev alacaq qaçqınların siyahısı qurumun rəsmi saytında dərc edilib.
Mayın 31-də mənzil bögüsü ilə bağlı püşkatma keçiriləcək. 159 mənzildən 57-i bir otaqlı, 64-ü iki, 33-2 üç və 5-i dörd otaqlıdır.
Bu günə qədər 561 ailə Tbilisidə yeni tikilən binalarda evlə təmin edilib.
2016-cı ildə Olimpiya kəndində 400 qaçqın ailəsi mənzil əldə edəcək.
azadlıq.info