Vəkil Elçin Sadıqov deyir ki, müdafiə etdiyi gənc fəallar Bayram Məmmədov və Qiyas İbrahimovla yazışmalarını təcridxana nəzarətçiləri yoxlayır. O, mayın 27-də hər iki gənclə görüşüb.
“Bu vəkillə müdafiə edilən şəxsin arasında konfedesiallıq prinsipinin pozulmasıdır. Tamamilə qanunsuzdur”-deyə vəkil qeyd edib
E. Sadıxov deyir ki, hər iki şəxsin valideynlərinə övladları ilə görüşməyə indiyə kimi icazə verilməyib:
“Hə iki gənc çərşənbə gününə kimi valideynləri ilə görüş verilməyəcəyi halda, həmin gündən aclıq aksiyasına başlayacaqlarını bildiriblər.”
Bayram Məmmədov bundan öncə ona işgəncə verildiyini bildirərək aclıq elan etmiş, bir neçə gündən sonra dayandırmışdı.
NİDA Vətəndaş Hərəkatının üzvi B. Məmmədov və Q. İbrahimov mayın 10-u saxlanıblar.
Mayın 12-də Xətai Rayon Məhkəməsi onlara haqqında 4 aylıq həbs qəti imkan tədbiri seçib. Gənclər narkotikdə ittiham edilirlər. Ancaq onlar işgəncə altında ifadə verməyə məcbur edildiklərini bildiriblər.
Daxili İşlər Nazirliyi və Omudsman Aparatı gənclərə işgəncə verilməsini təkzib etmişdi. Vəkil Elçin Sadıqovun deməsinə görə, gənclərdən Bayram Məmmədov işgəncə hallarına etiraz olaraq təcridxanada aclıq aksiyası keçirmişdi. Ancaq anası ilə telefonda danışdıqdan sonra aksiyanı dayandırmışdı.
Gənclərin keçmiş prezident Heydər Əliyevin abidəsinə şuar yazılmasına görə, həbs edildiyi güman edilir.