Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) fövqəladə qurultayı iyulun 19-da Ankarada Böyük Oteldə keçiriləcək.
Bu haqda partiyanın təşkilat komitəsi açıqlama yayıb.
Qeyd edək ki, ötən həftə MHP-nin sədri Dövlət Baxçalı qurultayın keçirilməsi tarixi ilə bağlı bunları söyləmişdi: “MHP təşkilati məsələyə baxılacaq fövqəladə qurultayını iyulun 10-da keçirəcək. Kim, ya da kimlər partiya sədrliyinə namizəd olacaqsa, mənimlə yarışacaq”.
O, partiya nizamnaməsinə dəyişikliyə mərhələ-mərhələ baxılacağını da vurğulamışdı.
Xatırladaq ki, MHP-də sədrə müxalif olanlar mayın 15-də fövqəladə qurultay keçirməyi planlaşdırmışdı. Ancaq qurultayı həmin tarixdə reallaşdırmaq mümkün olmayıb.