Xızıda avtobusun aşması nəticəsində yaralananların sayı 23 nəfərə çatıb, 3 nəfər ölüb.
“Report” xəbər verir ki, ölənlərdən biri Sumqayıt Dövlət Texniki Kollecinin idman müəllimi, 1984-cü il təvəllüdlü Hacıyev Kamil İslam oğludur.
Həyatını itirən digər müəllim qadındır.
Yaralılardan 15 nəfəri Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə, 5 nəfər Sumqayıt şəhər Travmatologiya Təcili Tibbi Yardım Mərkəzinə, 1 nəfər isə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Məlumata görə, qəza tələbə və müəllimlər Altıağac qəsəbəsində istirahətdən Bakıya qayıdarkən baş verib.
Yaralılardan hələlik ikisinin adı məlum olub:
1951-ci il təvəllüdlü Mikayılov Çaylar Əryan oğlu,
1980-ci il təvəllüdlü Əliyeva İradə Sabir qızı
* * *
Xızının Xələfli kəndində baş verən yol qəzası nəticəsində xəsarət alanların sayı 21-ə çatıb.
Xəsarət alanların xəstəxanalara aparılması üçün Xızı, Siyəzən və Sumqayıtdan təcili-tibbi yardım briqadalar cəlb olunub.
Bir daha xatırladırıq ki, hadisənin başvermə səbəbi həllik məlum deyil.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
Bu gün axşam saatlarında Xızı rayonu, Xələflər kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
İçərisində tələbələr olan “Hyundai” markalı avtobus yoldan çıxaraq dərəyə aşıb.
İlkin məlumata əsasən, qəza nəticəsində 2 nəfər ölüb, 18 nəfər xəsarət alıb. Yaralılar Xızı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisənin başvermə səbəbi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırmalar aparılır. (APA)