İlham Əliyevdən bir yaxşı, bir də pis xəbər var. Yaxşı xəbər odur ki, onun hakimiyyətinin dünya tərəfindən avtoritar rejim kimi tanındığını bilir və etiraf edir. Pis xəbər odur ki, hələ də bilmir, dünya onun hakimiyyətini niyə avtoritar rejim sayır. Gəlin, İlham Əliyevə kömək edək, bilsin ki, onun rəhbərlik etdiyi hakimiyyət dünya tərəfindən niyə avtoritar rejim kimi qəbul edilir:
– Seçki institutunu ləğv edib, bütün seçkiləri total saxtalaşdırdığına görə;
– Parlament və məhkəmə hakimiyyətlərini özünə tabe edib, bütün qərarları təkbaşına verdiyinə görə;
– Azad mətbuatı və vətəndaş cəmiyyətini məhv edib, jurnalist və vətəndaş cəmiyyəti fəallarını həbs etdirdiyinə görə;
– Ölkədə demokratik yolla hakimiyyət dəyişikliyi imkanını qapadıb, ömürlük hakimiyyətə iddia etdiyinə görə;
– 21-ci əsrdə, Avropa Şurasına üzv ölkədə bütpərəstlik ənənələrini bərpa edib, atasına 100-lərlə heykəl qoydurduğuna görə;
– Atasının heykəlinin üzərinə şüar yazan gənclərlə orta əsrlər səviyyəsində “haqq-hesab” çəkdiyinə görə və s.
İstəsəniz, qalanını da siz davam edin.