Argentina mәhkәmәsi dünәn 15 keçmiş ordu mәnsubunu xunta dövründә müxaliflәrә qarşı hәyata keçirdiklәri cinayәt әmәllәrinə görə 8-25 il arasında dәyişәn hәbs cәzalarlna mәhkum edib. Barəsində hökm oxunanlar arasında xuntanın lideri olmuş general, Argentinanın keçmiş prezidenti 88 yaşlı Reynaldo Binyon da var. Ona əlavə 20 il həbs cəzası kəsilib. Xatırladaq ki, bundan əvvəl Binyon barəsində 1 dəfə 25 il həbs və 3 dəfə isə ömürlük həbs cəzası barədə məhkəmə hökmləri olub. Bu, keçmiş diktator barəsində çıxarılan 5-ci hökmdür.