Şimali Koreya ilk dəfə olaraq xarici banklarını hesablarını qırmaqda və pul oğurluğunda ittiham olunur. Bu barədə “New York Times” qəzeti yazıb.
“Symantec” şirkətinin bilgilərinə istinadən edən qəzet qeyd edir ki, söhbət, ötən ilin sonlarında Banqladeş Mərkəzi Bankına edilən hücumdan gedir. Həmin vaxt Vyetnamın “Tien Phong” bankından 81 milyon dollar, Filippinlərə məxsus bir bankdan isə açıqlanmayan məbləğdə pul oğurlanmışdı.
“Symantec” şirkətinin mütəxəssisləri onu da müəyyən ediblər ki, 2014-cü ildə “Sony Pictures”ə, 2013-cü ildə isə Cənubi Koreya bankları və KIV-lərinə kiberhücum zamanı da hakerlər eyni proqram kodundan istifadə ediblər. Həmin vaxt Cənubi Koreya bu hücumlara görə Pxenyandan şübhələndiyini bildirmişdi.
“New York Times” yazır ki, Şimali Koreya bundan əvvəl də haker hücumlarından istifadə edib. Lakin bu hücumlar gizli məlumatları əldə etmək üçün olub. Pul oğurluğu ilə bağlı fakt isə ilk dəfə qeydə alınır.
Məlumata görə, Banqladeş bankına hücum zamanı hakerlər 30 milyard dollara yaxın pul oğurlmaq istəyiblər.
Xatırladaq ki, apreldə amerikalı general Vinsent Bruks Şimali Koreya hakerlərini dünyanın ən güclü hakerlərindən olduğnu bildirmişdi.