(Azərbaycan Cümhuriyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə ilə yaraq arxadaşlarının adına)
Qafqaz Kalendarı (Rusca Kavkazskiy Kalendar) Rusiya imperatorunun onayı ilə 1846-cı ildən 1917-ci ildəki bolşefaşist çevrilişinədək, hər il sonrakı ilin adı ilə buraxılıb. QK oradakı uydurma din tarixlərinin, Rusiya imperatorunun ailəsinin adlarının, doğum günlərinin yazılmasıtək gərəksiz şeyləri gözə almasaq, dövlətin yürütdüyü geopolitikanın, Qafqazın, Azərbaycanın, Azərbaycan Türklərinin, Qafqaz Ellərinin, Gürcülərlə Ermənilərin tarixini, oçağkı toplumsal yaşamını, ideolojisini, etnoqrafisini, kültürünü öyrənmək üçün dəyərli qaynaqdır. Azərbaycan bilimçiləri QK-dan genəl yazı yazıblarmı, bilmirəm.
1847-ci il sayında QK-nın amacı belə açıqlanıb: “Qafqaz bölgəsindəki dəyərli olaylarla Ağalığın bölgə ilə bağlı verdiyi önəmli qərarların ardıcıllıqla göstərilməsi”.
QK-da “Rus Ağalığının Qafqazda yayılma tarixinin oçerki”, “Qafqazda köçürmə politikası”, “Qafqaz Ellərinin antropoloji, etnoqrafik quruluşu”, “Çeçenistan, Çeçenlər”, “Bakı Quberniyasının tarixi oçerki”, “Arazın keçdiyi yerlərin oçerki”, “Muğan çölü, Arazın əskidə axdığı yataq…”, Tiflis, Kutais, Bakı, Gəncə, eləcə də başqa kəndlərdən yazılmış bilimsəl, bilimsəl-publisistik araşdırmalar vardır.
A.Arxippovun Mirzə Fətəli Axundovun adına yazdığı “Noqaylarla Türkmənlərdən etnoqrafik oçerk” QK-nın 1859-cu il sayında yayımlanmışdır. QK-da Mirzə Fətəli Axundovdan başqa heç kimin adına yazı yazılmayıb.
QK-da xristianlıq, Rus tarixilə bağlı olayların düzümü-ardıcıllığı-xronolojisi verilib. Bu düzüm bir sıra gerçəklərlə ylanları ortaya çıxarır. Bu olmuşlardan ən önəmlisi Rusiya Imperiyasının Azərbaycan Türklərilə Qafqaz Ellərinə törətdiyi soyqırımıdır. Çağdaş Rusiya dövlətinin bir sıra yetkililəri, ya da Jirinovski kimi oynağanları-təlxəkləri-şutları-klounları arabir çıxıb: “Türklər Erməni öldürüblər, 1915-ci il belə gəldi, elə getdi…” kimi sayıqlayırlar. Ancaq Rus yetkililəri QK-nın ilk saylarından 1880-cı illər yayımlarınadək, Azərbaycan Türklərilə Qafqaz Ellərinə törətdikləri qırğınları: “Qarabulaq köyü – general… dağıtmışdır (razruşeno), Ağca köyü general – qırmışdır (istribleno), Avarların 40 aulu yox edilmişdir (likvidirovano, uniçtojeno)” biçimində yazıb, güclərini göstərmiş, öyünüblər. Oxusunlar, utansınlar! 1864-cü ildə Qafqazın özgürlük bahadırı Şeyx Şamili yenib tutandan sonra Dağıstanda qırğına uğradılmış avarların sayı 3 qat azalıb – 15.491-ə düşmüşdü.
Birinci Pyotrun 1718-ci ildə verdiyi bir tapşırığa baxın: “Türklərin Xəzər dənizindəki Qaraqan qalasının dağıdılması ilə bağlı”.
Qafqazın Rus gücü ilə tutulub yağmalanmasında, soyqırıma uğradılmasında Qaryagin, Lazarev, Madatov, Bebutov, Korqanov… kimi Rus-erməni generallarının, eləcə də başqa Erməni orduçularının önəmi olmuşdur. Sonralar Azərbaycanın indi Füzuli adlanan kəndinə Rus-erməni soyqırımçılarından biri – Qaryaginin adı verilmişdi.
Ermənilər başda baş keşişləri olmaqla, Rusiya Imperiyasının bütün Qafqazda törətdiyi soyqırımı politikasını gerçəkləşdirənlərin qulluğunda durmuş, yardım, yataqlıq etmişlər, buna görə də uluslararası məhkəməyə verilməli, Azərbaycan Türkləri, Qafqaz Elləri, Gürcülərdən başqa bütün dünya uluslarına da cavab verməlidirlər!
QK-nın 1849-cu il yayımındakı, Stavropolla bağlı bir bilgiyə baxaq: “Yaşayanlar daha çox imperiyanın iç quberniyalarından çıxmış ruslar, bir də Qızlarla Mozdokdan köçürülmüş az sayda ermənilərdir. Yaşayanların sayı – 13.000. ermənilər – 235″. Bu ermənilər 1798-ci ildə Rusiya imperatoruna üz tutub oraya köçürülənlərdəndir.
QK-nın 1853-cü il sayının 123-cü səhifəsində Rusiya imperatorunun 1723-cü il iyulun 26-da “Erməni patriarxı Isaya, Erməni elinə Bakı ilə Dərbənddə yer ayırılması ilə bağlı” buyuruğu yazılmışdır. Ermənilərin ağılsız ideoloqları “Bakı, Dərbənd” əski Ermənistanın əski başkəndlərindəndir, onları xristianlıqdan neçə min il qabaq neçənci Arşak tikdirib” kimi sözlər yazırlar. Oxusunlar, utansınlar!
QK-da Erməni tarixi, etnoqrafiyası ilə bağlı Qafqazın, Azərbaycanın Rus əlində olduğu illərdə ayrı-ayrı bölgələrə köçürülmələrindən başqa önəmli bir şey yoxdur. Düzdür, illər keçdikcə yeni yayımlanmış bitiklərin sırasında arabir belə araşdırmalarla qarşılaşılsa da, toplunun çapından sorumlular Erməni tarixquraşdıranlarının “yalan-palanları”nı bildiklərindən, yetkili dövlət toplusunda onlara çox yer verməyiblər.
Rus-erməni yönəticilərin Azərbaycanda törətdiklərindən bilmək istəyənlər ən azı, 941 səhifəlik “Kolonialnaya politika Rossiyskoqo Tsarizma v Azerbaydjane v 20-60-x qq. XIX v. T. I, II., M.-L., 1936; 1937″ bəlgələr toplusuna baxa bilərlər.
Ayrı-ayrı “oxucu”ların yazma-çızmalarını, qaralamalarını, korlamalarını gözə almasaq, QK-nın Azərbaycan Respubltikası Milli Arxiv Idarəsinin Elmi Məlumat Kitabxanasında bugünədək yaxşı qalmış sayı çoxdur, ancaq bir sıra sayları yoxdur. Onlar çıxmayıb, Bakıya göndərilməyib, ya da tarixin qarayaralarından olan Rus-erməni-sovet-mason bolşefaşistləri götürüblər bilinmir. Tiflisə məktub yazıb, bunu aydınlaşdırmaq, olmayanların üzünü almaq yaxşı olardı.
QK-nın 1900-cu il çapının başlanğıcında bir xəritə vardır. Azərbaycan SSR-in xəritəsində Naxçıvanla Zəngilan, Qubadlı, Laçın, Kəlbəcərin arasına böyük, qara hərflərlə Armeniya yazılmış xəritə. Onadək QK-nın başlanğıcında belə xəritə olmamışdı. Bir an duruxdum, şaşırdım, ancaq çaşmadım. Düşünəndən, çox götür-qoy edəndən sonra bunun “Erməni fırıldağı”, “Erməni yalançılığı”, “Erməni quraması”, “Erməni düzməcəsi”, farsca deyildiyitək – saxta olduğunu anladım. Xəritənin aşağı sol qırağında mürəkkəblə Azərbaycan SSR rayonlarının adı yazılmışdı. Rayon bölgüsünü Rus-erməni-sovet-mason bolşefaşistləri 1930-cu ildə uyğulayıblar. 1900-cu ildə Rusiya Imperiyasında quberniya-qəza bölgüsü idi, orada Armeniya adlı coğrafi, administrativ, ekonomik bölgə yoxdu. Hansısa Erməni də xəritə çəkib, Armeniya yazaraq QK-nın başlanğıcında yayımladammazdı.
Deməli, arxivdə işləyən Erməni yalançısı girdirmə Armeniya xəritəsini QK-nın başlanğıcına yapışdırıb, tarixquraşdıracaq soyları üçün “tarix bəlgəsi” yaradıb. Yadıma görkəmli Rus bilimçisi Rudolf Ivanovun “Azerbaydjanskaya bıl, Rossiyskoe prişestviye i Persidskiye motivı. Oçerki istorii Azerbaydjana XIX veka (Azərbaycan gerçəkləri, Rusiyanın gəlişi, Iran motivləri. Azərbaycanın XIX yüzildəki tarixindən oçerklər”. M.,2011) bitiyinin 55, 97-ci səhifələrində yazdığı: “Yeri gəlmişkən, çox yerdə Ermənilərlə bağlı bir olmuşla qarşılaşırıq: Ermənilər – şpiondur, Ermənilər – işverəndir, Ermənilər – çeşidli soraqları çatdırandır. Elə bil, tale özü önlara qabaqcadan belə ayıb ad yazıb”, “Orta Doğudakı savaş tarixi çoxlu soraqçının adını saxlayıb. Onlar arasında bircə də olsun Rus, Iranlı, ya da Azərbaycanlı ilə qarşılaşmadıq – ancaq ermənilər!” sözləri düşdü.
Ermənilərin ağılsız ideoloqları ilə onları oyuncaq edənlər yazıq Erməni ulusunu xəstələndirib, qaragünlü etdiklərindən, bu əksik yol onların yaşam yolu, yaşam biçiminə çevrilib. Ancaq Ermənilər çox yanıldıqlarını anlamalı, Qafqaz ulusları, ellərilə sayğı, uyum içində yaşamağa çalışmalıdırlar, yoxsa illər keçdikcə Qafqaz bir yana bütün dünyada ancaq Rus qoşuqçusu Aleksandr Puşkinin “Sən qorxaq, sən oğru, sən Ermənisən” damğası ilə tanınacaqlar.
Gürcülər “vəhşi Rus”a boyun əysə də, qul olmaq istəməyən Gürcü ulusunu yola gətirib özünə bağlamaq istəyən Rusiya Imperiyası onunla ancaq “kötək”lə danışmır, “şıltaqlıq”larına dözür, Qafqazın o biri uluslarının, ellərinin topraqlarını bağışlayır, başqalarına örnək etməyə çalışırdı. Göstəricitək Rusiya Imperiyasının 1827-ci il yanvarın 25-də isə Gürcü xan-bəylərinə ruslarınkı ilə bir hüquqlar verdiyini, onların kültürəl, ekonomik gəlişməsi üçün gərəkən işlər gördüyünü göstərə bilərik.
QK-nın birində Qafqaz uluslarının, ellərinin dillərindən danışılan yazıda Azərbaycan Türklərinin dilinin gözəlliyi, anlamlığı, Qafqaz Elləri arasında ortaq danışıq dili olması yazılsa da, onun Qafqazın başqa ellərini asimilyasiya etdiyi ortaya atılıb. Sözsüz, yazanın öydüyü bu gözəl dil mollaların Ərəb-fars sözlərilə döldurduğu, son 25 ildə “ANS-in qızları”nın başına oyunlar açdığı, AMEA-nın Dilçilik Institutunun bilimçilərinin də durub gendən baxdığı AZƏRBAYCAN DILI yox, arı-duru TÜRK DILIdir. 150 il sonra da, Azərbaycan Respublikasında Qafqaz Ellərindən, sayı 3 minədək olan Haputların, Haput dilinin olması Rus dilinin asimilyasiyasını ört-basdır etmək üçün atılan sözlərin yalanını çıxarır.
Rusiya Imperiyası ilə Rus-erməni-sovet-mason bolşefaşistləri dönəmində imperiyada yaşayan 100-dən çox elin soyqırımı, asimilyasiya yolu ilə yer üzündən silindiyi bəllidir. Birinci Pyotrun verdiyi iki buyuruğa baxın: “Işləmək istəməyən beş min Tatardan adambaşına 10 rubl yığılsın”, “Quberniyalardakı köylərdə xristianlığa keçməyən Murzlarla Tatarlardan ödəmə pulu yığılması ilə bağlı”.
1846-cı ilin QK-da “Derbent – zatvor vorot, po persidskomu – Demir Qapı (jeleznıye vorota), ərəbcə Bab-al-Abvab (vorota-vorot)” sözləri yazılıb. Bu sözlərdəki yanlışı düzəltmək, Azərbaycan Türklərinin ana yurdlarından olan Dərbəndin qaytarılması kimi önəmlidir… Dərbənddəki ulusları sayarkən da Persiyane, Russkiye, Armyane yazılıb. Bilməyənlər Persiyaneslərin Fars oluğunu düşünür. Doğrusuna qalanda, bu Persiyanelər Azərbaycan Türkləridir, Dəmir Qapı sözü də farsca yox, türkcədir.
Buna görə də politik anlamda AZƏRBAYCANLI adlanan Azərbaycan Türklərinin aydınlarını bir də ulusun etnik TÜRK adını qaytarmağa çağırıram!
QK-da Dərbənddən Bakıya, Bakıdan Irəvana, Ərzuruma kimi Azərbaycan kəndlərindən bilgilər verilib, Azərbaycan Tatarı, Azərbaycan Türkü, Müsəlman, Persianes adlandırılan Azərbaycan Türklərinin adı, sayları yazılsa da, dövlət qulluqçuları sırasında adları yoxdur. Bir ara Qafqaz Canişinliyi qulluqçularının sırasında çevirici Mirzə Fətəli Axundovun adı keçir, sonralar ayıb sayılmalı – sünni müftilərilə, şiə şeyxlərinin, daha bir neçə başqasının adları ilə qarşılaşılır.
QK-nın başlanğıc saylarında Gürcülər, Ermənilər də yoxdur, ancaq illər keçdikcə oxumuş, oxudulmuş Ermənilər dövlət qurumlarında, daha çox da orduda önəmli görəvlərdə bulunurlar, Azərbaycan Türklərisə “Şeyx Nəsrullah”ların “okul şeytan yuvasıdır”, “qızlar oxumamalıdır”, “qadının başında qara torba olmasa müsəlman olmaz”, “xristianlarla görüşəndən sonra əlini yuyub, allahu əkbər, de…” oxumamışlığında, farsca nadanlığında…
Bu gərəkli topluda Tiflis, Kutais kəndlərinin adı türkcə yazılıb. Ancaq biz Rus-erməni-sovet-mason bolşefaşist düşüncəsindən ayrılmadığımızdan idi də Tbilisi, Kutaisi yazırıq.
QK-nın irəlidə göstərdiyim amacı Böyük Rus dövlətçiliyi ideyasının dirəklərindəndir. Birinci Pyotrun ağalıq etdiyi 1704-1725 illərdə verdiyi tapşırıqları öyrənəndə onun Rusiya Imperiyasını doğrudan da daş-daş, kərpic-kərpic qurması tapşırıqlarının birində “ekonomistlər oxutmaq üçün yer axtarmağı” buyurmasından da görünür. Üz tutmağa ölkə, dövlət belə yoxdur…
Dövlətçilik ideyası, ideologiyası ulusun yaşam strategiyasına çevriləndə ulus yaşarı olur. Rus imperatorlarının, başqa yetkililərin seçdiyi, çox ara at belində, yollarda, yarımac yaşayan orduçu yönəticilər dönmədən “Böyük Rus dövləti” ideyasına quluq etdiklərindən tarixin ən böyük imperiyasını yarada bildilər.
Azərbaycan Cümhuriyəti Elçiliyinin başçısı kimi Istanbulda olan ulusal ideoloq Məhəmməd Əmin Rəsulzadə sentyabrın 15-də Azərbaycanın başkəndi Bakının Rus-erməni-sovet-mason bolşefaşistlərindən qurtulması ilə bağlı, oktyabrın 7-də Azərbaycan Ağalığına göndərdiyi gözaydınlığı teleqramında deyirdi: Ağalığımızı könüldən-candan salamlayıb, gözaydınlığı verir, Bakının Türk ulusunun özgürlük, bağımsızlıq savaşında güclü dayaq olacağına inanıram!”.
Məhəmməd Əmin Rəsulzadə ilə yaraq arxadaşlarını, onların Azərbaycan, Türk, Qafqaz sevgisini Azərbaycan Respublikasının ideyasız, yurddaş haqqı tanımayan, yolsuz-korrupsioner yetkililərilə tutuşduranda ürəyin sızlayır, yurdunun, ulusunun, yurddaşlarının gününə ağlayırsan. Yetərincə oxumuşu, doğal var-yatırı olan yetənəkli Türk ulusunun çağdaş demokratik, irəliçi dünyadan geri qalması çox acıdır! Bu, Orta çağ düşüncəsi, geriçilik dövlətin başında duranların özlərini Türk ulusunun, onun anayasalı, demokratik dövlətinin üstündə görmələrindən, geopolitik anlaqsızlığındandır! Belə çağdışı dövlətçiliklə ağlı çaşdırılmış Ermənilərlə də barışla sorun çözmək olmaz!
Azərbaycan Respublikasının sayğılı yurddaşları, Respublika günününz qutlu olsun!
Yadigar Türkel, 24 may 2016-cı il