Azadlıq Radiosunun ingilis dili xidməti AXCP və NİDA-dan olan məhbuslarla İlqar Məmmədovu gündəmə gətirdi
Araşdırmaçı jurnalist Xədicə İsmayılın həbsdən buraxılması xarici medianın diqqət yetirdiyi əsas mövzulardan biridir. Azadlıq Radiosunun ingilis dili xidməti bu hadisə barədə hazırladığı reportajda Azərbaycanda hələ də çox sayda siyasi məhbusların qaldığını qabardıb.
“Xәdicә İsmayılın hәbsdәn azad edilmәsinә qәrb ölkәlәrinin rәsmilәri vә beynәlxalq hüquq müdafiә tәşkilatları müsbәt hadisә kimi qiymәt verdilәr. Bununla yanaşı qeyd etmәk lazımdır ki, neftlә zәngin olan bu ölkәdә insan hüquqları sahәsindә vәziyyәt olduqca pisdir vә xeyli sayda insan hәlә dә hәbsdәdir. ABŞ-da yerlәşәn Freedom House təşkilatı bildirir ki, ölkәdә hәlә dә 80-dәn artıq siyasi mәhbus var. Onların hәbsi Azәrbaycan hakimiyyәtinin demokratik qüvvәlәrә qarşı geniş repressiyası nәticәsindә baş verib. Hәlә dә әn azı 5 jurnalist saxta ittihamlarla hәbsxana hәyatı yaşamağa mәhkumdur. Azәrbaycan Xalq Cәbhәsi Partiyasının vә Nida Vәtәndaş Hәrәkatının neçә-neçә üzvü hələ hәbsdәn azad edilmәyib. Lap bu yaxınlarda iki gәnc fәal Heydər Əliyevin heykәlinin postamentini yazdıqlarına görә narkotiklә ittiham olunaraq hәbs ediliblәr. Azәrbaycan Xalq Cәbhәsi Partiyasının xeyli fәalı, o cümlәdәn ötәn ilin dekabrında partiya sәdrinin müavini Fuad Qәhrәmanlıhәbs edilib. Avropa İnsan Hüquqları Mәhkәmәsinin qәrarına baxmayaraq, ReAl hәrәktının rәhbәri İlqar Mәmmәdov hәlә dә azad edilmәyib. Beləliklə, Azәrbaycanda siyasi mәhbus problemi kәskin olaraq qalır”, – deyə reportajda bildirilir.