Bakıda müntəzəm sərnişindaşımanı həyata keçirən avtobuslar üçün ayrıca zolaqlar yaradılacaq.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Agentlik tərəfindən Azadlıq prospektində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi və həmin yolda tıxacın qarşısının alınması məqsədilə avtobusların Azadlıq prospekti ilə Cəfər Xəndan küçəsinin kəsişməsindən prospektin ikinci yoluna daxil olmasını tənzimləyəcək layihə üzrə görülən işlər yekunlaşmaq üzrədir.
Artıq mövcud 5 dayanacağın yeri alternativ köməkçi yola dəyişdirilib.
Qeyd edək ki, Azadlıq prospektinə günün pik saatlarında 2000-ə yaxın avtonəqliyyat vasitəsi daxil olurdu ki, onlardan 70-i avtobuslar idi. Azadlıq prospektindən S.S.Axundov küçəsinə qədər 7 marşrut xətti üzrə 146 avtobus hərəkət edirdi.