“The Daily Mail” yazır ki, McDonald’s şirkətinin Chicagoda keçirilən illik səhmdarlar iclasında maaşlarının artırılmasını istəyənlərə xəbərdarlıq edilib.
Şirkətin ABŞ üzrə keçmiş direktoru deyib ki, maaşları qaldırmağa məcbur edilərsə, McDonalds şirkəti işçiləri robotlarla əvəz etməli olacaq.
Ed Rensi mətbuata açıqlamasında deyib ki, “Milli Restoran Şousunda robotlar nümayiş etdirilib və saatda 15 dollar alsa da, kartof qızartmasını səmərəli qablaşdıra bilməyən işçidən, 35 min dollara başa gələn robot daha sərfəlidir.
McDonald’s şirkətinə 1990-cı illərdə rəhbərlik etmiş Rensi deyib ki, hazırda işçilərə saata minimum 15 dollar verilməsi tələbi sərfəli deyil və minlərlə adamın ixtisarına səbəb ola bilər. Onun fikrincə, Amerikada federal minimum əməkhaqqına ehtiyac yoxdur. Onun sözlərinə görə New York-da çalışanlarla başqa yerlərdə çalışanlara eyni minimum maaşın verilməsi ədalətsilzik olardı.
Bununla belə “saata 15 dollar” hərəkatı geri çəkilməyəcəyini elan edib. Ötən il McDonalds şirkətinin gəliri 7 milyard dollar olub. İşçilər şirkətdən qazancın fəhlə maaşlarına da xərclənməsini tələb edirlər.
Hazırda işçilərin bir saatına 8 dollar maaş verilir. (BBC azeri)