MB sədri: «Mərkəzi Bankın kifayət qədər valyuta ehtiyatları var»
Ekspertə görə, bir ildə valyuta ehtiyatlarında 10 milyard azalma varsa, 4 milyardın azalması elə böyük zaman tələb etmir
Mərkəzi Bankın sədrinin fikrincə hazırda manatın möhkəmlənməsi prosesi gedir. Onun fikrincə, bu o deməkdir ki, Mərkəzi Bank proseslərə qarışmır: “Belə olan halda məzənnə, onun sərhədi haqqında hər hansı söz demək düzgün deyil. Bunu artıq valyuta bazarı-tələb-təklif müəyyənləşdirir. Bütövlükdə iqtisadi fundamental faktorlar, iqtisadi artım, inflyasiya səviyyəsi, xarici iqtisadi fundamental faktorlar – neftin qiyməti, əsas tərəfdaş ölkələrdə məzənnə dinamikası müəyyənləşdirir.
Idarəolunma o deməkdir ki, Mərkəzi Bank məzənnə ilə əlaqədar çox kəskin bir problem çıxanda prosesi tənzimləməyə müdaxilə edə bilər. Bugünkü iqtisadi reallıqda bazarda məzənnə tələb-təklifə görə formalaşır.
Azərbaycanın çox əhəmiyyətli valyuta ehtiyatları var. Buÿgün valyuta ehtiyatları ÜDM-in təxminən 100%-ni təşkil edir. Bu, olduqca ciddi ehtiyatdır. Mərkəzi Bankın kifayət qədər valyuta ehtiyatları var. Baxmayaraq ki, müəyyən qədər azalıb. Son dövlər biz onu bir qədər artırırıq. Bütövlükdə beynəlxalq praktikada hesab olunur ki, valyuta ehtiyatları ölkənin ən azı altı aylıq idxalını örtən qədər olmalıdır. Buÿgün bizdə son idxala baxsaq, 9-10 aya qədər olan ehtiyatlarımız var”.ÿ
Sədr həmçinin neftin qiyməti barədə gözləntilərÿvə Federal Ehtiyatlar Sisteminin (FES)ÿfaiz dərəcəsinin ÿmaliyyə bazarına təsiri ilə bağlı sullara daÿ cavab verib:ÿ”Düşünmürəm ki, neftin qiymətində hər hansı ciddi dəyişiklik olsun. BP-nin də təqdimatı göstərir ki, yaxın 20 ildə,ÿ2035-ci ilədək neftin qiymətləri konservativ qalacaq.ÿFederal Ehtiyatlar Sisteminin faiz dərəcələrini artırması hesab etmirəm ki, Azərbaycan maliyyə bazarlarına əhəmiyyətli dərəcədə təsir etsin. Bizdə başlıca fundamental məsələ neftin qiyməti, tərəfdaş ölkələrin valyutasında dəyişiklik, ölkənin ödəmə balansının vəziyyətidir”.
E.Rüstəmovun açıqlamasından belə anlaşılır ki, MB-nin resursları hazırda kifayət qədərdir. Amma o da nəzərə alınmalıdır ki, qısa müddət ərzində ehtiyatlar əriyərək 4 milyard həddində dayanıb.
Iqtisadçı Samir Əliyev bildirdi ki, ümumilikdə götürəndə BVF-nin yanaşmasına görə minimum ehtiyatlar 3 aylıq idxala bərabər olmalıdır. Keçən il Azərbaycanın idxalının 9 milyard dollar olduğunu deyən S.Əliyev bildirdi ki, üç aylıq göstərici 2.5 milyard dollar edir: “Mərkəzi Bankın ehtiyatları hazırda az qala keçənilki göstərici ilə götürsək altı aylıq idxala bərabərdir. Amma Mərkəzi Bankın valyuta ehtiyatları azalsa da, paralel olaraq idxalda azalır. Azərbaycanın idxalı əvvəlki səviyyədə deyil. O baxımdan valyuta ehtiyatı BVF prinsiplərinə görə kifayət edir. Amma Azərbaycanda Mərkəzi Bankın ehtiyatlarının ərimə sürəti onu göstərir ki, Mərkəzi Bankı sahib olduğu dörd milyard o qədər də etibarlı vəsait deyil. Bir ildə əgər on milyard azalma varsa, dörd milyardın azalması elə böyük zaman tələb etmir. Düzdü hazırda fərqli situasiya var. Ölkə iqtisadiyyatında dollarlaşma səviyyəsi yüksək olduğundan dollara tələbat hələ yüksək deyil. Ona görə Mərkəzi Bankın ehtiyatı hələ ki, problemdən çıxmağa kifayət edir. Hələ Azərbaycanın Neft Fondunda da vəsaitləri var”.
E.Rüstəmovun FES-in uçot dərəcəsini artırmasının Azərbaycan iqtisadiyyatına təsir etməyəcəyini deməsinə gəlincə isə S.Əliyev bildirdi ki, uçot dərəcəsinin qalxacağı hələ sual doğurur: “Uçot dərəcəsi qaldırılacaqsa, bu dolların bahalaşmasına, neftin qiymətinin isə ucuzlaşmasına gətirib çıxara bilər. Ola bilsin ki, dolların bahalaşması ilkin mərhələdə manata təsir etməsin. Ola bilsin ki, FES uçot dərəcəsini qaldıranda Mərkəzi Bank manatı bahalaşdırsın. Amma uzun müddətli dövrdə FES-in uçot dərəcəsini qaldırması manata təsir göstərəcək. Ən azı neftin ucuzlaşması baş verəcək və dollar dünyada möhkəmlənəcək. Amma əvvəlki səviyyədə kəskin devalvasiya gözlənilmir. Ən azı payıza qədər bu baş verməyəcək”.
Xəyal